S.Peres böyük komandaları anlamır

Force İndia komandasının sürücüsü Serxio Peres böyük komandaların onunla maraqlanmamasını anlaya bilmir.

F-1.az xatırladır ki, meksikalı sürücü 2013-cü ildə McLaren komandasında bir mövsüm keçirdikdən sonra Force İndia-ya transfer olunmuşdu. 28 yaşlı sürücü son iki mövsümdə 7-ci yeri tutaraq orta qrup komandalarının sürücüləri arasında ən güclü olmuşdu.

Serxio Peres: “Böyük komandaların diqqətini niyə cəlb edə bilmədiyimi anlamıram. Son illərdə çox böyük işlər görmüşəm. Bundan artığını edə bilmərəm. Son iki ildə sürücülər çempionatında 7-ci yeri tutaraq, orta qrupun ən güclüsü oluram. Hülkenberqlə komanda yoldaşı olduğum illərdə onu məğlub edə bilirdim. O peletonun ən güclü sürücülərindəndir. Çempionluq uğrunda mübarizə aparan komandada çıxış etmək istəyirəm. Buna layiqəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*