S.Peres: İnkişaf etməliyik

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, nəticəsini yaxşılaşdırmalıdır.

F-1.az xatırladır ki, meksikalı sürücü çempionatda ikinci olmaq üçün Leklerlə mübarizə aparır. Lakin bu gün o özünü yaxşı tərəfdən gösətrməyib və günü komanda yoldaşı Ferstappendən 0.7 saniyə geridə qalaraq 5-ci bağlayıb.

Serxio Peres: “Qəribə gün idi və sessiyalar yaxşı idi. Nahardan sonra ilə axşam arasında fərqlər böyük idi. Balans üçün fərqli şeylər sınayırıq və yetərli məlumata sahibik.

Səhər hava isti olduğu üçün çətin idi. Nahardan sonra isə vəziyyət dəyişdi. Dəyərləndirmə apararkən bunu nəzərə almalıyıq, çünki ikinci sessiya bizim üçün daha vacibidr. Yarış tempimiz yaxşı olsa da, vahid dövrədə daha da yaxşısını əldə etməliyik. Görək nə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*