Əbu Dabi-2022: Mətbuat konfranslarının cədvəli

Yas Marinada FİA-nın rəsmi mətbuat konfransları ənənəvi olaraq cümə axşamı baş tutacaq.

F-1.az xəbər verir ki, sürücülər həmişəki kimi, dörd qrupa bölünəcəklər – iki qrup mətbuat mərkəzində yazan jurnalistlərin suallarını cavablandıracaq, iki qrup isə televiziya kameraları qarşısına keçəcək.

Mətbuat mərkəzinə yollanacaq birinci qrupa Yuki Tsunoda (AlphaTauri), Fernando Alonso (Alpine), Sebastyan Fettel (Aston Martin), Lyuis Həmilton (Mercedes) və Nikolas Latifi (Williams) daxildir.

İkinci qrupda isə Şarl Lekler (Ferrari), Mik Şumaxer (Haas), Daniel Rikkardo (McLaren), Corc Rassell (Mercedes) və Maks Ferstappen (Red Bull) yer alacaqlar.

Cümə axşamı qalan sürücülər telejurnalistlərin ixtiyarında olacaqlar.

Cümə gününə rəsmi mətbuat konfransları nəzərdə tutulmayıb, lakin şənbə günü komandaların nümayəndələri mətbuat mərkəzinə gələcəklər.

İlk olaraq Loran Rossi (Alpine), Mayk Krək (Aston Martin) və Kristian Horner (Red Bull), daha sonra Mattia Binotto (Ferrari), Zək Braun (McLaren) və Toto Volff (Mercedes) jurnalistlərin qarşısına çıxacaqlar.

Sıralanma turu və yarışdan sonra günün ən yaxşı üçlüyü mətbuat mərkəzində jurnalistlərin suallarını cavablandıracaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*