Ş.Lekler: “Mercedes-lə mübarizə aparmağa gəlmişik”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, balansı tapa bilmirlər.

F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərində üçüncü olub.

Şarl Lekler: “Hazırda balans mükəmməl deyil. Amma həll etmək olar. Bolidə yeniliklər əlavə edəndə normal işləyir. Onları başa düşmək üçün vaxt lazımdır. Ancaq hər şeyi anladıqdan sonra balans yaxşılaşacaq.

Mercedes-lə mübarizə aparmaq üçün buradayıq. Bunun üçün hər şeyimizi verməyə hazırıq. Şənbə günü üçün balansı tapmağa və təkmilləşməyə çalışırıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*