A.Covinatsi: “Simulyator sürücüsü deyiləm”

Ferrari komandasının ehtiyat sürücüsü Antonio Covinatsi bildirib ki, simulyator sürücüsü olmaq istəmir.

F-1.az xatırladır ki, italiyalı sürücü keçən il Sauber komandası ilə iki yarışda iştirak etmişdi. Covinatsi bundan başqa Ferrari-də simulyator sürücüsü kimi fəaliyyət göstərir.

Antonio Covinatsi: “Mən simulyator sürücüsü deyiləm. Gələnilki hədəfim yarışmaqdır. Fürsət gözləyirəm. Burada öz istedadımı göstərmək istəyirəm. Ferrari komandasının üçüncü sürücüsü olduğum üçün şanslıyam. Bu, əksər sürücülərin yuxusudur və mənim yuxum reallaşıb.

Yarışmamaq çətindir. Fürsət gözləyirəm və istedadımı göstərmək istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*