Ş.Lekler: Maşını sürmək olmur

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, bolidi sürmək çox çətindir.

F-1.az xatırladır ki, monakolu sürücü İtaliya yarışında idarəetməni itirərək, baryerlərə çırpılıb.

Şarl Lekler: “Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Bir az başım ağrıyır, amma zərbədən sonra bu normaldır. Texniki problem yox idi. Tamamilə mənim səhvimdir. Bolidin idarəetməsini itirdim. O ana qədər isə yarış çox çətin idi.

Maşında problem çox olsa da, limitlərdə getmək istədim. Ancaq Parabolikada idarəetməni itirdim.

Hazırda vəziyyətimiz çətindir. Spa və Montsada bizi çətin yarış gözlədiyini bilirdik. Mucelloda isə daha rahat yarış gözləyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*