Roma Qran Prisi üçün 150 milyon Avro

İtaliyanın Gazzetta dello Sport qəzetinə müsahibəsində Romanın küçələrində keçirilməsi nəzərdə tutulan Qran Prinin layihəsi ilə məşğul olan idman biznesmeni və […]

İtaliyanın Gazzetta dello Sport qəzetinə müsahibəsində Romanın küçələrində keçirilməsi nəzərdə tutulan Qran Prinin layihəsi ilə məşğul olan idman biznesmeni və məşhur promouter Maurisio Flammini konkret məbləğ və müddətləri söyləyib…

Maurisio Flammini: “Bizi ərazi bələdiyyəsi, yerli hökumət orqanları və Berni Ekklstoun dəstəkləyir, bizim 150 milyon Avroluq büdcəmiz də var, bu məbləğlə biz hər şeyi 2011-ci və ya 2012-ci ildə ilk yarışa kimi hazırlaya bilərik. Ümid edirəm ki, nə vaxtsa biz Ferrari rəhbərliyi, FİA prezidenti Maks Mosli və Berni Ekklstounla danışıq masasının arxasında əyləşəcəyik və mən onlara öz planlarımı göstərəcəm.”

Roma Qran Prisinin layihəsi martın sonunda təqdim olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*