Şarl Lekler: “Şəxsən mən hələ də hesab edirəm ki, Mercedes hər kəs üçün nümunədir; onları burada, çox önəmli olan sıralanma sessiyasında qabaqlamaq çətin olacaq. Amma doğrudur ki, nəzəri cəhətdən bu tras bizim maşına bir az daha uyğun gəlməlidir.
Həftəsonunun başlanmasını səbirsizliklə gözləyirəm. Adətən burada düzgün ritmi tapmaq üçün daha çox əziyyət çəkməli oluram, amma Hunqarorinqdə yarışmağı xoşlayıram.
Keçən il əvvəlcə hər şey yaxşı gedirdi. Eyni çıxış səviyyəsini təkrarlamağa çalışacağam, yalnız o yarışda – həmin vaxt mənim problemlərim olmuşdu – bunu təkrarlamaq istəmirəm.
Diqqəti hazırlığa yönəltmək və hər sessiyada maksimum nəticə göstərməyə çalışmaq lazımdır, başqalarının sizdən hansı nəticələri gözlədiyini düşünmədən. Əlbəttə, bu tras üzrə həftəsonundan gözləntilər kifayət qədər yüksəkdir, lakin biz əsasən hazırlığa fokuslanmışıq. Görək, nə nəticə alınacaq”.





