Rəsmən: Həmilton Əbu Dabidə qayıdır

Yeddiqat Dünya Çempionu Lyuis Həmilton mövsümün son yarışı Əbu Dabidə yenidən sükan arxasına keçəcək.

F-1.az xatırladır ki, əfsanəvi sürücü Saxir yarışından əvvəl koronavirusa yoluxmuş və özünü təcrid etmişdi. Ongünlük təcrid müddəti bitən Həmilton növbəti testə girib və nəticə neqativ çıxıb. Britaniyalı sürücünün Əbu Dabidə verdiyi testin nəticəsi də neqativ çıxdığı üçün Mercedes onu yenidən kokpitə qaytarmağa qərara gəlib.

Mercedes komandası bu barədə bu açıqlamanı verib: “Mercedes komandası bu həftəsonu Əbu Dabidə Həmiltonun qayıdacağını elan etdiyi üçün sevinclidir. Lyuis Bəhreyndə karantin müddətinin bitməsindən sonra test verib və neqativ çıxıb. Əbu Dabidəki test də neqativ çıxıb. Beləliklə, həftəsonu o, bizimlə olacaq”.

Belə olan balda, Corc Rassell yenidən Williams komandasına qayıdacaq. Cek Aytken isə ehtiyat sürücü kimi fəaliyyətini davam etdirəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*