İtaliya mətbuatının bildirdiyinə görə, dünən Robert Kubitsa sağ ayağının sınmasının nəticələrini aradan qaldırmaq üçün əməliyyat olunub.
Əməliyyat Carlo Poma di Mantova hospitalının ortopediya şöbəsində baş tutub və iki saat davam edib, Robert artıq üç gündən sonra evə buraxıla bilər. Sürücünün meneceri Daniele Morellinin sözlərinə görə, indi Robert “sadəcə dincəlməlidir…”