09 Dekabr 2018, Bazar - 23:55

V.Rossi: “Buna Formula1-də nə deyirlər?”

V.Rossi: “Buna Formula1-də nə deyirlər?”

Müəllif: Rauf Hacıyev, redaktor

06:09 - 25 Aprel, 2016

Valentino Rossi İspaniyada qazandığı qələbədən sonra bildirib ki, həftəsonu onun üçün mükəmməl olub…

F-1.az xatırladır ki, Rossi iki həftə əvvəl ABŞ-dakı yarışda qəza edərək, yarışı vaxtından əvvəl dayandırmışdı. Amma italiyalı Xeresdə qalib gələrək, ABŞ-dakı qəzanı azarkeşlərinə unutdurub. Doktor ləqəbli sürücü builki ilk Avropa yarışına pouldan başlayıb və bütün yarışı birinci yerdə aparıb. Bundan başqa Rossi yarışda ən sürətli dövrəni də vurub.

Valentino Rossi: “Formula1-də necə deyirdilər? Het-trik? Demək olar ki, bu gün bunu etdim. Həftəsonu mükəmməl idi.

Cümə günündən bəri özümü yaxşı hiss edirdim və çox yaxşı işləmişdik. Komandama təşəkkür edirəm. Motosikletimiz əla idi.

Mexanikim Brent Stefens yarışdan əvvəl mənə dedi ki, əgər ilk döngədə liderliyini qorusan, sonuncu döngəyə də lider görəcəksən. Mən də onun haqlı olduğunu düşündüm.

Yaxşı start aldım və tempim əla idi. Hər dövrə üstünlüyümü artırdım.

Bu gün çox istəkli idim, çünki son qələbəmi keçən il Silverstounda qazanmışdım. O yarışdan sonra Markes qazandı, Lorenso qazandı, Pedrosa qazandı, amma mən? Ona görə də bu gün mən geridönüş etdim”.

Öz adımızdan Doktora xatırladırıq ki, Formula1-də pouldan start alaraq finişə qədər lider etməklə yanaşı sürətli dövrəyə imza atmağa het-trik yox, Böyük Dəbilqə deyirlər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 397
Teqlər , , , , ,
Paylaş

logo