17 İyun 2019, Bazar ertəsi - 16:59

R.Kubitsa Renault-nun bazasına baş çəkib

R.Kubitsa  Renault-nun bazasına baş çəkib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:13 - 21 Yanvar, 2010

Renault komandasının mətbuat xidməti xəbər verib ki, keçən həftə komandanın yeni sürücüsü Robert Kubitsa qarşıdakı mövsümə hazırlığa başlayıb… Mətbuat relizində […]

Renault komandasının mətbuat xidməti xəbər verib ki, keçən həftə komandanın yeni sürücüsü Robert Kubitsa qarşıdakı mövsümə hazırlığa başlayıb…

Mətbuat relizində deyilir: “Britaniyada hökm sürən soyuq və qarlı havaya baxmayaraq, Robert Kubitsa yeni maşının kokpitinə öyrəşmək üçün komandanın Ənstoundakı bazasına yaxşı əhvalda gəlib. Yeni R30-un tammiqyaslı maketi ilə işlədikdən sonra o komandanın yeni başçısı Erik Buye ilə görüşüb. Onların söhbəti komandanın son nailiyyətlərinə və Kubitsanın yeni komanda və yeni mövsümə ümidlərinə həsr olunub.

Daha sonra Robert aerodinamika şöbəsi ilə tanış olub və yeni maşının bəzi komponentlərinin aerodinamik boruda sınağına tamaşa edib. Bundan başqa o kompozit materialların laboratoriyasında da olub və yeni maşının bəzi detallarını görüb.

Yeni mövsümdə əməkdaşlıq edəcəyi yarış mühəndisləri ilə birgə lançdan sonra Kubitsa Ənstounu tərk edib, amma bu ayın sonunda polşalı sürücü yenidən bazaya qayıdacaq və oturacağı sonuncu dəfə yoxlayacaq. Amma bundan əvvəl Robert Renault Clio R3-ün sükanı arxasında klassik Monte Karlo Rallisinin startına çıxmağı planlaşdırır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 224
Teqlər
Paylaş

logo