14 Oktyabr 2019, Bazar ertəsi - 02:52

K.Sayns: “Çətin idi”

K.Sayns: “Çətin idi”

Müəllif: Rauf Hacıyev, redaktor

10:25 - 28 Sentyabr, 2019

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, Rusiyada cümə günü çətin keçib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü cümə sərbəst yürüşlərində 17-ci yeri tutub.

Karlos Sayns: “Çətin gün oldu. Hər iki sessiya da problemli idi. İkinci sərbəst yürüşlərdə fərqli sazlanmalar sınadıq və işləmədilər. Bundan başqa ən yaxşı dövrəmdə trafikə düşdüm. İstədiyimiz yerdə deyilik. Üçüncü sektorda tempimiz yoxdur. Bolidin niyə zəif olduğunu anlamırıq. Balans problemlərini həll etmək asan deyil. Sessiyalarda heç nəyi düzəldə bilmədik. Mütləq sürətlənməliyik. Şənbə günü hava şəraiti dəyişə bilər. Görək nə olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 79
Teqlər , , ,
Paylaş

logo