Mercedes İNEOS-la müqavilə bağlayıb

Mercedes komandası 2020-ci il mövsümündən əvvəl İNEOS ilə beşillik və böyükməbləğli tərəfdaşlıq müqaviləsi imzalayıb.

F-1.az daha əvvəl xəbər vermişdi ki, Almaniya komandası İNEOS-la müqavilə bağlamağa yaxındır. Daha əvvəl Mercedes Benz şirkəti Applied Sciense şöbəsi vasitəsilə Tour de France-ın qalibi olan İNEOS velosiped komandası ilə tərəfdaşlıq edirdi. Bu gün isə “gümüşü oxlar” Londonda Royal Automobile Club-da təşkil etdikləri tədbirdə britaniyalı şirkət İNEOS-la müqavilə bağladıqlarını ictimaiyyətə bildiriblər.

Beləliklə, kimyəvi məhsulların satışı ilə məşğul olan firma yeni mövsümdən Mercedes-in əsas sponsoru olacaq. Bu tərəfdaşlığın Mercedes-in idmandan gedəcəyi ilə bağlı şaiyələr olan günlərdə açıqlanması bir çox suala da cavab verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*