Mercedes 20 milyonluq sponsor tapıb?

İneos şirkəti Mercedes-in yeni sponsoru ola bilər.

F-1.az xatırladır ki, Britaniya mərkəzli şirkəti kimyəvi məhsulların satışı ilə məşğuldur. Şirkətin rəhbəri isə 11.5 milyard dollar sərvəti ilə Britaniyanın ən varlı adamlarından biri olan Cim Ratklifdir.

Mercedes ardıcıl altı çempionluq qazandığı üçün sponsorların diqqət mərkəzindədir. Almaniya komandasının yeni sponsorlarla anlaşdığı deyilirdi və bunlardan birinin adı artıq məlumdur. Financal Times portalının xəbərinə əsasən, bu anlaşma bir neçə günə açıqlanacaq və şirkətin loqotipləri Avstraliya yarışından etibarən Mercedes-in bolidini bəzəyəcək. Xəbərdə deyilənə əsasən, “gümüşü oxlar” bu tərəfdaşlıqdan 20 milyon funt qazanacaqlar.

Qeyd edək ki, İneos son illərdə idmana yatırım edir. Britaniyalı şirkət keçən il 100 milyon avro qarşılığında “Nitsa” futbol klubunu satın almışdı. Bundan başqa İneos İsveçrənin “Lozanna” futbol klubunun da sahibidir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*