Mercedes-in yeni bolidinin adı məlum olub

Son yeddi ilin çempionu ənənəsinə sadiq qalıb - komandanın yeni maşını gözlənildiyi kimi, F1 W1 adlandırılacaq.

Çempionatın başlanmasına 2 aydan az vaxt qalıb və komandalardan gələn xəbərlər azarkeşləri darıxmağa qoymur. Onların sırasına Mercedes də qoşulub və bu il istifadə edəcəyi bolidin adını açıqlayıb.

F-1.az bildirir ki, komanda sosial şəbəkələrdə F1 W12-nin təqdimat tarixinin yaxın vaxtlarda açıqlanacağına işarə vuraraq “coming soon” (tezliklə) yazıb. Toto Volff builki maşının da keçənilki kimi, qara rənglə boyanacağını demişdi, lakin mətbuat xidməti tərəfindən paylaşılan şəkidlə Petronas və İNEOS-un ənənəvi rəng çalarları nəzərə çarpır ki, bu da bolidin rəngi barədə düşünməyə vadar edir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*