Red Bull və Toro Rosso qüvvələri səfərbər edirlər?

TomorrowNewsF1 qəzetinin yaydığı xəbərə görə, Red Bull və Toro Rosso komandalarının rəhbərləri görüş keçirməyi planlaşdırırlar, görüşdə komandaların gələcək planları müzakirə […]

TomorrowNewsF1 qəzetinin yaydığı xəbərə görə, Red Bull və Toro Rosso komandalarının rəhbərləri görüş keçirməyi planlaşdırırlar, görüşdə komandaların gələcək planları müzakirə olunmalıdır. Görüşün dəqiq tarixi məlum olmasa da, qəzetin fikrincə, görüş mayın sonunda və ya iyunun əvvəlində baş tuta bilər.

Görüşdə iki əsas məsələ müzakirə olunacaq – gələn mövsümdə hansı sürücülər hansı komandanı təmsil edəcək və hansı komanda hansı motorlardan istifadə edəcək. Gözlənildiyinə görə, mövsümün sonunda Red Bull-la müqaviləsi başa çatan Mark Uebber Toro Rosso-ya ötürüləcək, onun yerinə isə iki namizəd nəzərdən keçiriləcək – Kimi Rəykkönen və Nik Haydfeld.

Birinci sürücünün namizədliyini mətbuat və Red Bull şirkətinin başçısı Diter Mateşiç bir neçə dəfə hallandırıblar, alman sürücü variantı isə gözlənilməz olsa da, məntiqi görünür.

Bundan başqa, gələn il “öküzlərin” iki komandası motor təchizatçılarını da dəyişə bilərlər. Hazırda Red Bull komandası Renault motorlarından istifadə edir – ekspertlərin fikrincə, məhz buna görə Ədrian Nyuinin qurduğu maşın dövrədə 0.3 saniyə itirir, Toro Rosso komandası isə güclü Ferrari motorlarından yararlanır. Motor təchizatı üzrə hər iki müqavilə bu ilin sonunda başa çatır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*