M.Şumaxer çox narazıdır

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, mübarizə apara bilməmək, işgəncə kimidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü ilk iki yarışda iki dəfə yerində fırlanıb və hələ də xal qazana bilməyib. Lakin Haas-ın builki bolidi də xal qazanmağa imkan vermir. Formula2-nin sonuncu qalibi İmola yarışında liderdən iki dövrə geridə qalıb.

Mik Şumaxer: “Yarışmağı sevirəm və gördüyüm işdən həzz alıram, lakin uduzmaqdan zəhləm gedir. Peletonun sonunda yarışmaq və mübarizə apara bilməmək mənə işgəncə verir. Belə olan hallarda öz taktikamı özüm müəyyən edirəm. Latifi və Rassel öndədilərsə, onlar mənim üçün yarışın liderləri olur və onlara çatmağı özümə məqsəd qoyuram. Ən yaxşı nəticəmi qazanmaq üçün əlimdən gələni edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*