18 İyun 2019, Çərşənbə axşamı - 08:56

S.Moss Şumaherə inanmır

S.Moss Şumaherə inanmır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:53 - 06 May, 2010

Əfsanəvi britaniyalı sürücü ser Stirlinq Moss hesab edir ki, Mixael Şumaherin şöhrəti keçmişdə qalıb. Yeddiqat dünya çempionu mövsümün ilk dörd […]

Əfsanəvi britaniyalı sürücü ser Stirlinq Moss hesab edir ki, Mixael Şumaherin şöhrəti keçmişdə qalıb. Yeddiqat dünya çempionu mövsümün ilk dörd Qran Prisində cəmi 10 xal toplaya bilib, hətta özünün gənc komanda yoldaşı Niko Rosberqdən 40 xal az. Formula1-in bir neçə keçmiş sürücüsü, o cümlədən Jak Laffit, Martin Brandl və Mika Hakkinen hesab edirlər ki, Şumaherə adaptasiya üçün vaxt lazımdır, amma Moss əmindir ki, alman sürücü Formula1-ə qayıtmaqla səhv edib.

Londonda dərc olunan Metro qəzetinə müsahibəsi zamanı, Şumaheri yenidən sükan arxasına qayıtmağa məcbur edən motivləri baaş düşürmü sualına veteran sürücü belə cavab verib6 “Xeyr, başa düşmürəm. O çox ağıllı adamdır və mən aydın deyil ki, indi onu nə məcbur edir… O yalnız öz nüfuzuna zərbə vurur. Hamı deyəcək ki, onun şöhrəti keçmişdə qalıb, bəlkə doğrudan da belədir.”

Amerikanın ESPN teleşirkətinin saytındakı guşəsində Moss təkrar edib ki, alman sürücünün gözlərində əvvəlki qələbə eşqini görmür…

Stirlinq Moss: “Bir çoxları hesab edir ki, buna səbəb karyerasındakı üçillik fasilədir, amma mən başqa fikirdəyəm, elə mövsümün əvvəlində də bu fikirdə idim: bu ilə kimi Şumaherin heç bir vaxt rəqabətədavamlı komanda yoldaşı olmayıb. Onun yeddi çempion titulu heç nəyi əks etdirmir, eyni vəziyyətdə hər şeyi komanda yoldaşı ilə müqayisədə bilmək olur. Rosberq sübut etdi ki, məhz o Mercedes GP komandasında bir nömərli sürücüdür, çünki Şumaheri istənilən şəraitdə qabaqlayır.

Həm də mən inanmıram ki, Şumaher Formula1-i karyerasının ilk illərində olduğu kimi ciddi qəbul edir. Uğur qazanmaq üçün qələbəyə can atmalısan, çempionatda yalnız öz kefin üçün çıxış etmək olmaz, mən onda belə səy hiss etmirəm.

Qələbə qazanmaq üçün sən əmin olmalısan, ən azı isə inanmalısan ki, heç kim səni qabaqlaya bilməyəcək – mən görmürəm ki, Mixael belə düşünsün.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 260
Teqlər
Paylaş

logo