Red Bull-un yeni maşını RB18 adlandırılacaq

Bu barədə məlumat komandanın sosial şəbəkələrdəki rəsmi səhifələrində paylaşılıb.

F-1.az xatırladır ki, komanda bu adlandırma indeksindən iki il əvvələ qədər ardıcıl istifadə etmişdi, lakin keçən il bolidi RB17 əvəzinə RB16B adlandırmışdı, çünki maşın 2020-ci ildəkinin bir qədər təkmilləşdirilmiş versiyası idi.

Bu gün yayımlanan qısa video-çarxda komandanın sürücüləri bütün azarkeşləri onlayn rejimdə baş tutacaq təqdimata baxmağa dəvət ediblər. Lakin tarix hələ ki, açıqlanmayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*