15 Dekabr 2019, Bazar - 19:31

M.Mosli: “Mənim Ferrari-ni qovmaq arzum yoxdur”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:10 - 23 May, 2009

Komandalarla görüş ərəfəsində FİA prezidenti Maks Mosli İtaliyanın La Gazzetta dello Sport qəzetinə müsahibəsində bir daha öz mövqeyini açıqlayıb… Maks […]

Komandalarla görüş ərəfəsində FİA prezidenti Maks Mosli İtaliyanın La Gazzetta dello Sport qəzetinə müsahibəsində bir daha öz mövqeyini açıqlayıb…

Maks Mosli: “Formula1 Ferrari-siz indi gördüyümüz kimi ola bilməzdi, amma komandalardan heç biri idman üçün məcburi ola bilməz. Çoxluq başa düşür ki, biz indiki məsrəflərin səviyyəsini saxlaya bilmərik və sual çıxır – ya mühəndislərin işini məhdudlaşdırmaqla məsrəfləri azaltmalıyıq, ya da məsrəfləri məhdudlaşdırmalıyıq? Mənim üçün cavab aydındır – komandaların məsrəflərini məhdudlaşdırmaq lazımdır.

Mənim nə Ferrari-ni nə də digər komandaları Formula1-dən qovmaq arzum yoxdur, əksinə – biz çempionatın uzunmüddətli iqtisadi stabilliyinə zəmanət tələb edirik və yeni komandaların çempionata gəlməsi üçün əlverişli şərait yaratmaq məşğuluq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 296
Teqlər
Paylaş

logo