14 Noyabr 2019, Cümə axşamı - 08:09

Testlərdə sürücülərin iş qrafiki

Testlərdə sürücülərin iş qrafiki

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:14 - 17 Fevral, 2019

Sabah Barselonada yeni mövsümün ilk test sessiyası start götürəcək, ona görə də komandalar test günlərində hansı sürücülərlə işləyəcəklərini açıqlayıblar.

F-1.az bildirir ki, Mercedes, Renault və Williams komandaları bütün test günlərini iki sürücü ilə işləyəcəklər – maraqlıdır ki, digər iki komandadan fərqli olaraq, Williams komandası ehtiyat sürücüsünü də qrafikə daxil edib, amma yəqin ki, yeni maşının testlərə gecikməsi qrafikin dəyişməsinə səbəb olacaq. Haas komandası ilk iki günü əsas sürücüləri ilə işləsə də, son iki günü yarı bölərək ehtiyat sürücüsü ilə çalışmağı qərara alıb. Yerdə qalan 6 komanda yalnız əsas sürücüləri ilə işləyəcək.

Mövsümöncəsi testlərin ilk dördgünlük sessiyasında sürücülərin iş qrafiki

Komanda18 fevral19 fevral20 fevral21 fevral
MercedesBottas/HəmiltonHəmilton/BottasBottas/HəmiltonHəmilton/Bottas
FerrariFettelLeklerFettelLekler
Red BullFerstappenQasliFerstappenQasli
RenaultHülkenberq/RikkardoRikkardo/HülkenberqHülkenberq/RikkardoRikkardo/Hülkenberq
HaasQrojanMaqnussenQrojan/FittipaldiFittipaldi/Maqnussen
McLarenSaynsNorrisSaynsNorris
Racing PointPeresStrollPeresStroll
Alfa RomeoRəykkönenCovinatsiRəykkönenCovinatsi
Toro RossoKvyatElbonKvyatElbon
WilliamsKubitsa/RasselRassel/LatifiLatifi/KubitsaKubitsa/Rassel

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 377
Teqlər
Paylaş

logo