Red Bull motor təchizatçısıını hələ təyin etməyib

Red Bull komandası gələn mövsümə motor təchizatçısını təyin etməzdən əvvəl, Renault-nun məsələsi müzakirə olunacaq FİA-nın Ümumdünya Şurasının nəvbədənkənar iclasını gözləməli […]

Red Bull komandası gələn mövsümə motor təchizatçısını təyin etməzdən əvvəl, Renault-nun məsələsi müzakirə olunacaq FİA-nın Ümumdünya Şurasının nəvbədənkənar iclasını gözləməli olacaq.

Komanda Mercedes-Benz motorlarına keçməyə ümid edirdi, amma FİA hələlik almanlara dörd komandanı motorla təchiz etmək hüququ verməyib: bu hazırkı qaydaların icazə verdiyindən bir komanda çoxdur. Xatırladaq ki, hazırda Mercedes motorları McLaren, Brawn GP və Force İndia maşınlarına qoyulub. Keçən uik-end Mercedes Мotorsport-un vitse prezidenti Norbert Hauq təsdiq edib ki, indi çox şey federasiyanın mövqeyindən asılı olacaq…

Norbert Hauq: “Bizim McLaren-lə eksklüziv əməkdaşlıq barədə razılaşmamız var. Biz onlarla məsləhətləşmədən öz planlarımızı elan etməyə hazır deyilik. Daha bir müştəri komanda ilə işləmək barədə qərar hələ qəbul olunmayıb. Bu qərarı FİA ilə birlikdə qəbul etməliyik.”

Beləliklə, Red Bull-un vəziyyəti naməlumdur. Ən maraqlısı isə odur ki, gələn ilin iştirakçıları arasında Renault olmaya bilər. Ehtimal var ki, keçənilki Sinqapur yarışında komandanın günahı sübut olunarsa, FİA Renault komandasını gələn ilin çempionat iştirakçıları siyahısından xaric etsin. Autosport saytına müsahibəsində komandanın başçısı Kristian Horner təsdiq edib ki, çox şey FİA-nın Ümumdünya Şurasının iclasından sonra həll olunacaq: “Əlbəttə, biz sentyabrın 21-ni gözləməliyik. Bizim Renault ilə sıx əlaqələrimiz var, üç ildir ki, biz uğurla əməkdaşlıq edirik, ona görə də biz hadisələri izləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*