17 İyun 2019, Bazar ertəsi - 17:53

Motorlar əvvəlki kimi qalacaq

Motorlar əvvəlki kimi qalacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:20 - 20 Yanvar, 2010

2008-ci ilin sonunda Renault mühəndisləri zəif olan motorlarını təkmilləşdirmək imkanı əldə etmişdilər. Mövsümün gedişində rəqib komandalar bu sahədə irəli getmişdilər, […]

2008-ci ilin sonunda Renault mühəndisləri zəif olan motorlarını təkmilləşdirmək imkanı əldə etmişdilər. Mövsümün gedişində rəqib komandalar bu sahədə irəli getmişdilər, Renault isə “motor reqlamentinin dondurulması” prinsipininə tam əməl edərək geri qalmışdı. Ona görə də, çempionat iştirakçıları belə bir razılığa gəlmişdilər ki, idman prinsipləri çərçivəsində fransalı mühəndislərə istisna edilsin.

Amma 2009-cu ildə vəziyyət yenə də təkrar olundu – mövsümün əvvəlində bərabər olan Renault motoraları mövsümün sonunda rəqiblərinə uduzurdular. Lakin bu dəfə motorun təkmilləşdirilməsi olmayacaq – bütün komandalar keçən mövsümü keçirdikləri motorlarla yeni mövsümə başlayacaqlar. Öz bloqunda ekspert və şərhçi Ceyms Allen vəziyyəti şərh edib…

Ceyms Allen: “Motorların gücünün bərabərləşdirilməsi üzrə danışıqlar uğursuzluqla nəticələnib. Bəzi motorlar 2009-cu ildə müəyyən üstünlük qazanmışdılar, amma 2010-cu ildə qüvvələr nisbəti saxlanılacaq.

Bir il əvvəl motorların gücü arasında fərq hissolunacaq dərəcədə böyük idi və FİA bu fərqi aradan qaldırmaq üçün Renault-ya motoru təkmilləşdirmək imkanı evrdi. İndi vəziyyət təkrar olunub – amma bu dəfə Renault motorları keçən mövsümün ən güclü motorları olan Mercedes motorlarında cəmi 18-20 at qüvvəsi geri qalırlar, yəni dövrədə 0.3 saniyə.

Bu dəfə FİA komandalara təklif edib ki, özləri müstəqil bu məsələni həll etsinlər, bu zəif motorların təkmilləşdirilməsi hesabına olmasın, əksinə, güclü motorların müəyyən xüsusiyyətləri pisləşdirilsin. Mercedes belə bir variantla razılaşmayıb, axı Renault motorlarının tam gücü dəqiq məlum deyildi, məsələn, bu motorlar quraşdırılmış Red Bull maşınları keçən il altı Qran Pridə qələbə qazanmışdılar. Danışıqlra heç bir nəticə verməyib və FİA qüvvələr nisbətini saxlamağı qərara alıb.

Yadda saxlamaq lazımdır ki, qaydalarda motorların bərabər olması haqqında heç bir tələb yoxdur, sadəcə olaraq onların təkmilləşdirilməsi qadağan olunub, ona görə də federasiya qarşısına motorların bərabərləşdirilməsi vəzifəsini qoymayıb.

Red Bull komandası bu ildən Mercedes motorlarına keçmək istəyirdi, amma nəinki McLaren və Brawn GP komandaları tərəfindən, həm də komandanın bəzi məsul şəxsləri tərəfindən ciddi müqavimətə rast gəldilər. Ona görə də komanda Renault motorlarından istifadəni davam edəcək, bu isə heç də pis deyil – bu motorlar mövsümün son üç yarışında qələbə qazanıb.

Çox güman ki, 2010-cu ildə həlledici faktor motorun gücü deyil, qənaətcilliyi olacaq. Bu göstəriciyə görə Renault motorları ən səmərəlidir, ona görə də Red Bull yeni maşını daha balaca bakla layihə edə bilər, bununla da daha yaxşı çəki bölgüsü və aerodinamik effektlik əldə oluna bilər. Bu maşınlar startda daha yüngül olacaqlar, üç kq əlavə yanacaq isə hər dövrədə 0.1 saniyə itirməyə səbəb olur – bu faktor həlledici ola bilər.

Ədrian Nyui deyib ki, McLaren və Brawn GP komandaları Mercedes motorlarının alınmasına qadağa qoyduqdan sonra komanda Cosworth variantını da təhlil edib, amma qərara alınıb ki, Renault motorları saxlanılsın və mənə elə gəlir ki, 2010-cu il üçün bu ən yaxşı seçimdir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 264
Teqlər
Paylaş

logo