Red Bull bir pit-stoplu taktikanı …səhvən seçib?

Sebastyan Fettel Monako Qran Prisində riskli bir pit-stoplu taktikadan istifadə edərək qələbə qazanıb. Ən yumşaq təkərlərlə start alan almaniyalı sürücü […]

Sebastyan Fettel Monako Qran Prisində riskli bir pit-stoplu taktikadan istifadə edərək qələbə qazanıb. Ən yumşaq təkərlərlə start alan almaniyalı sürücü 17-ci dövrədə boksa yollanıb və daha bərk Soft təkərlərinə keçib, məhz bu təkərləri də təxminən finişə qədər istifadə edib.

Yarışdan sonra Red Bull komandasının başçısı Kristian Horner etiraf edib ki, komanda əvvəlcədə iki pit-stop keçirməyi planlaçdırıb, amma yarışın gedişində taktikanı dəyişməli olublar, çünki pit-stop zamanı mexaniklər təkərləri səhv salıblar…

Kristian Horner: “Monakonun hər şeyi kimi boksları da qeyri-adidir, biz komanda kimi ikinci mərtəbə oturmuşduq, mexaniklər isə birinci mərtəbədə sürücünü gözləyirdilər. Bu zaman bizim radioəlaqədə problemlər yarandı. Ona görə də Sebin maşınına SuperSoft əvəzinə Soft təkərlər qoyuldu.”

Komanda yaranmış vəziyyətə operativ reaksiya verməli olub. Qeyd edək, Red Bull bunun öhdəsindən əla gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*