N.Rosberq: “Həmilton geri dönəcək”

Sabiq Formula1 sürücüsü Niko Rosberq bildirib ki, Həmilton tezliklə özünə gələcək və o zaman qarşısı alınmaz olacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü bu mövsüm hələ də qələbə qazanmayıb. Ümumilikdə isə keçən ilin ABŞ yarışından sonra qələbəsi yoxdur.

Niko Rosberq: “İşlər qaydasında getməyəndə motivasiyanı itirə bilirsiniz. Məncə, Həmiltonun rəqibləri belə yarışlardan maksimum nəticə ilə qayıtmalıdırlar. Çünki Lyuis həmişə geridönüşlər edə bilir. O zaman elə güclü olur ki, rəqibləri ona heç nə edə bilmirlər. Görək geridönüş nə vaxt olacaq. Sadəcə vaxta ehtiyacı var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*