Niderland-2023: Həftəsonuna hava proqnozu

Bu həftəsonu yarışın baş tutacağı Niderlandın şimal bölgəsində artıq payızın gəldiyini demək olar.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, proqnozlar Zandfortda yarış həftəsonu günlərində buludlu və yağışlı hava vəd edir.

Cümə günü havanın buludlu olacağı, yağış yağacağı, +20 dərəcəyə yaxın isti olacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir.

Şənbə günü külək güclənəcək, gündüz yağış yağacaq və termometrlər maksimum +19 dərəcəni göstərəcəklər.

Bazar günü hava +17 dərəcəyə qədər soyuyacaq və yenidən bir qədər yağış yağacağı ehtimal edilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*