R.Dennis: “Lyuis və Censon bir-birilərini tamamlayırlar

Bu il McLaren komandasında iki dünya çempionu – Censon Batton və Lyuis Həmilton çıxış edəcək. Əvvəllər bu komandada iki istedadlı […]

Bu il McLaren komandasında iki dünya çempionu – Censon Batton və Lyuis Həmilton çıxış edəcək. Əvvəllər bu komandada iki istedadlı və təkəbbürlü sürücülərin qonşuluğu – Ayrton Senna və Alen Prost 1988-1989-cu illərdə və Fernando Alonso və Lyuis Həmilton 2007-ci ildə – prinsipial rəqabətə gətirib çıxarmışdı. Amma McLaren Group-un başçısı Ron Dennis əmindir ki, 2010-cu ildə keçmişdəki hallar təkrarlanmayacaq…

Ron Dennis: “Prost və Senna tam müxtəlif şəraitlərdə böyümüşdülər və müxtəlif mədəniyyətlərə aid idilər. Onlar DNT səviyyəsində antipod idilər. Bundan başqa, onlar arasında dil baryeri də var idi, nəticədə onlar bir-birilərini düzgün başa düşə bilmirdilər. Onlardan biri üstünlük qazanan kimi digəri bu üstünlüyü ləğv etməyə çalışırdı.

O vəziyyət çox mürəkkəb və qarışıq idi. İndi isə bir komandada iki britaniyalı sürücü var – mentalitetlər oxşardır, ona görə də inanmıram ki, problem yaransın. Ümumiyyətlə, Lyuis və Censon bir çox hallarda bir-birilərini tamamlayırlar. Hər ikisi çox istedadlıdır, amma sürmə stilləri fərqlidir.

Bu il çempionatda rəqabət olduqca yüksək olacaq. Bizim sürücülər üçün başlıcası digərlərini qabaqlamaqdır. Lyuis və censon bütün yarışlarda ldierlik etsələr və yalnız bir-biriləri ilə mübarizə aparsalar yaxşı olardı, amma mən inanmıram ki, vəziyyət bu dərəcədə sadə olsun.

Lyuis və Censon – əla cütlükdür, nəticəsini tezliklə görəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*