25 May 2019, Şənbə - 07:20

R.Barrikello: “Ev yarışımı gözləyirəm”

R.Barrikello: “Ev yarışımı gözləyirəm”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:20 - 05 Oktyabr, 2009

Ağır sıralanma turundan və stüardların cərimələrindən sonra hər iki Brawn GP sürücüsü xal qazana bilib. Rubens Barrikello çempionatın lideri Censon […]

Ağır sıralanma turundan və stüardların cərimələrindən sonra hər iki Brawn GP sürücüsü xal qazana bilib. Rubens Barrikello çempionatın lideri Censon Battonu qabaqladığı üçün komanda yoldaşı ilə olan fərqi bir xal azalda bilib…

Rubens Barrikello: “Sıralanma turunda mən Censonu qabaqlamışdım və bu həlledici oldu, mən finişdə də onu bir xal qabaqlaya bildim. Təəssüf ki, bu gün sazlanmalarla problemlər var idi və mən maşından maksimum yararlana bilmədim. Birinci hissədə biz Hard tərkibini seçmişdik və mən Rəykköneni sıx izləyə bilirdim, amma o Soft-a keçən kimi böyük üstünlük qazandı.

Əgər Təhlükəsizlik Maşını trasa çıxmasa idi, mən yarışı 6-cı yerdə qurtarmalı idim – amma bu gün bizim maksimum budur. Bir az məyus olmuşam, amma Censonla fərqi bir xal azalda bildim. Ev yarışımı səbirsizliklə gözləyirəm. Braziliya Qran Prisi mənim üçün həmişə məxsusi olub, mən çempionatda qələbə qazanmaq üçün əlimdən gələni edəcəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 168
Teqlər
Paylaş

logo