18 Dekabr 2018, Çərşənbə axşamı - 23:18

R.Qrojan: “Cin əsl liderdir”

R.Qrojan: “Cin əsl liderdir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:10 - 03 Aprel, 2018

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, rəhbərləri Cin Haas çətin anlarda onlara dəstək olur.

F-1.az xatırladır ki, Haas 2016-cı ildə idmana girdikdən sonra enişli-yoxuşlu petformans göstərir…

Roman Qrojan: “Özümüzə olan inamı itirməməliyik. 2013-cü ildə güclü bolidim var idi və çox sayda podium qazandım. Zəif bolidin də necə olduğunu bilirəm. Özünüzə inanmalısınız və Haas kimi komanda sizə kömək edir. Cin bizə “sürücülərimiz boliddən daha yaxşıdır” deyir və bu komanda sahibinin deyə biləcəyi ən gözəl cümlədir. Bu sözlər sürücülərə olan hörməti göstərir və özünəinamı artırır.

Cin hamının necə işlədiyini görür. NASCAR-da yarışların qarışıq keçdiyini bilir və çox ağıllıdır. Bizi dəstəkləmək üçün buraya gəlir. Pul verdiyi üçün üzərimizdə təzyiq yaratmır. Çox açıqfikirli adamdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 184
Teqlər , ,
Paylaş

logo