G.Ştayner: Niko ilə Kevin yola gedirlər

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Niko Hülkenberqlə Kevin Maqnussen bir-birlərinə hörmət edirlər.

F-1.az xatırladır ki, iki sürücü 2017-ci ilin Macarıstan yarışında təmas yaşamış, yarışdan sonra Maqnussen rəqibi Hülkenberqi təhqir etmişdi.

Günter Ştayner: “Onları izləyəndə gərgin olmuram, çünki trasdan kənarda bir yerdə işləyirlər. Buna görə də problem yaşanmazsa, trasda bir hadisə olacağını düşünmürəm.

Məncə, bir-birlərinə hörmət edirlər və bir-birləri ilə yarışmağın mənasız olduğunu bilirlər. Əks halda ikisi üçün də problem olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*