R.Qrojan: Halo olmasaydı, yaşamırdım

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, halo onun həyatını xilas edib.

F-1.az xatırladır ki, fransalı sürücü Bəhreyn yarışının ilk dövrəsində üçüncü döngədə Kvyatla təmas yaşayaraq, bolidin idarəetməsini itirib və 220 km/saat sürətlə metal bariyerlərə çırpılıb. Qəza o qədər şiddətli olub ki, bolid ortadan iki yerə bölünüb və monokok bariyerləri deşərək içəri girib. Beləliklə, yanacaq çəni partlayıb.

Qrojan boliddən özü düşüb və tibbi personal ona tez yardım göstərib. FİA-nın tibbi mərkəzində ona ilk yardım göstərib, daha sonra isə Qrojanı stasionar xəstəxanaya aparıblar.

İlkin müayinələrdən sonra 34 yaşlı pilotun iki əlinin də yandığı məlum olub. Lakin xoşbəxtlikdən bədənində qırıq olmayıb.

Roman Qrojan: “Hamıya salamlar. Yaxşı olduğumu sizə bildirmək istəyirəm. Bütün mesajlarınıza görə sizə təşəkkür edirəm. Bir neçə il əvvəl haloya etiraz edirdim, ancaq Formula1-ə gətirdiyimiz ən gözəl şey imiş. O olmasa, bu gün yaşamazdım. Trasdakı və xəstəxanadakı bütün həkimlərə təşəkkür edirəm. Ümid edirəm ki, qısa müddətdə sizə vəziyyətəm barədə yazaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*