18 Oktyabr 2019, Cümə - 11:17

Haas sponsorsuz olduğu üçün narahat deyil

Haas sponsorsuz olduğu üçün narahat deyil

Müəllif: Rauf Hacıyev, redaktor

13:19 - 18 Mart, 2017

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, 2017-ci il bolidinin üzərində sponsor loqolarının az olması onu narahat etmir.

F-1.az xatırladır ki, Haas komandası Formula1-də keçən il debüt etmişdi.

2017-ci il bolidinin üzərində sadəcə Haas Automation-un və isveçrəli saat brendi Richard Mille-nin loqoları var.

Amma Ştayner buna görə narahat deyil: “Stabil və burada uzun illər çıxış etmiş komandalara da baxsaq, onların belə böyük sponsorlarının olmadığını görərsiniz. Bu sponsorlar üçün çətin bazardı. Bizə sponsor olmaq istəyənlər bizim nəticələrimizi görmək istəyirlər. Bolidin üzərinə daha çox sponsor loqosu yapışdırmaq istəyərik. Amma Haas Automation bizim sponsorumuz olduğu üçün sevincliyik. Yəni ki, sponsorlara görə yaşamırırq. Onlarsız da uğur qazana bilərik. Sponsorları cəlb etməyə çalışırıq, amma Formula1 çətin bazardır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 880
Teqlər , , ,
Paylaş

logo