Ştayner əmindir: Haas komandası Okonla müqaviləni uzatmayacaq

Haas komandasının sabiq rəhbəri Günter Ştayner hesab edir ki, Esteban Okon mövsüm başa çatdıqdan sonra komandadan ayrılacaq.

Günter Ştayner: “Oliver Börman davamlı olaraq yaxşı nəticələr göstərir, onun fonunda Esteban nəzərə çarpmır. Görünür, o, bacarıqlarının həddinə çatıb. Fərq sadəcə çox böyükdür. Düşünürəm ki, bu, hazırda komanda yoldaşları arasında, xüsusən sıralama turunda ən böyük fərqdir. Haas-da  onun gələcəyi az ehtimallıdır. Düşünürəm ki, bu, komandadakı son ilidir.

Onun yerinə bir neçə namizəd var. Yuki Tsunodanı dəvət etmək Honda ilə əlaqələri səbəbindən çətin olacaq. Düşünmürəm ki, o, Toyota tərəfinə keçər. Mən deyərdim ki, ikinci pilot Ferrari-nin gənclər proqramından Rafael Kamara olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*