E.Okon: “Pereslə bərabər şəraitdə yarışacayıq”

Esteban Okon bildirib ki, Force İndia komandasında Serxio Peres ilə bərabər şəraitdə yarışmağı gözləyir.

F-1.az xatırladır ki, fransalı sürücü gələn ildən etibarən Force İndia komandasında yarışacaq və onun komanda yoldaşı Serxio Peres olacaq. Xatırladaq ki, meksikalı bir neçə gün əvvəl Okonun yaxşı sürücü olduğunu və onunla işləmək üçün səbirsizləndiyini demişdi.

Esteban Okon: “Peres ilə danışdım, yaxşı insandır. Ondan öyrənə biləcəyim çox şey var. Ona qarşı mübarizə aparmaq üçün əlimdən gələni edəcəm. Düzünü desəm, komandada liderin olacağını zənn etmirəm. Biz Pereslə bərabər şəraitdə yarışacayıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*