Qrojana Lotus-la qazandığı kuboklar hədiyyə edilib

Alpine komandası sabiq F1 pilotunu sevindirib, o da öz sevincini sosial şəbəkədə azarkeç

F-1.az xəbər verir ki, komanda ona Lotus ilə qazandığı kubokları hədiyyə edib. Xatırladaq ki, hazırda İndyCar-da yarışan Roman 2012-2015-ci illərdə Lotus ilə 10 dəfə podiuma yüksəlib.

Roman Qrojan: “Mənə Formula1 kuboklarımı göndərdiyi üçün Alpine F1-ə təşəkkür edirəm. Daha iki kubok yoldadır. İndi mən bütün bunları övladlarıma göstərə bilərəm, bununla da çox fəxr edirəm”.

Sosial şəbəkələrdə fransız sürücünün şəklinə ilk reaksiya verənlərdən biri də sabiq F1 pilotu Aleksander Rossi olub: “Yalan danışmayacağam, hər şey əla görünür!”.

Düzdür, Qrojan bütün bu kubokları həmişəlik, yoxsa müvəqqəti saxlama üçün aldığını dəqiqləşdirməyib. Hər halda, onun mükafatlar kolleksiyası getdikcə artır: İndyCar-da çıxış etdiyi illər ərzində o, artıq üç dəfə poul mövqeyini qazanıb və altı dəfə podiuma qalxıb. Bütün bunlara əsasən deyə bilərik ki, çox güman ki, qələbə uzaqda deyil.

Qeyd edək ki, Roman Qrojan Formula1 azarkeşlərinin yaddaşında həm də 2020-ci ildə Saxirdəki qəzası ilə yadda qalıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*