22 Yanvar 2019, Çərşənbə axşamı - 10:22

R.Qrojan da Le Manda yarışacaq?

R.Qrojan da Le Manda yarışacaq?

Müəllif: Rauf Hacıyev, redaktor

21:06 - 18 Mart, 2018

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Le Manda və NASCAR-da yarışmaq istəyir.

F-1.az xatırladır ki, daha əvvəl Niko Hülkenberq 24 saarlıq Le Man marafonunda çıxış etmişdi. Bu il isə Alonso əfsanəvi marafonda iştirak edəcək.

Roman Qrojan: “Bəli, hədəfim Le Manda yarışmaqdır. Əlimə fürsət düşsə, bu il çıxış edəcəm. Bu il ilk dəfə triatlonda start almaq istəyirdim. Amma həyat yoldaşıma söz vermişəm ki, başqa yarışda çıxış etsəm, triatlon olmayacaq. Seçimim isə Le Mandır. Bu barədə komanda ilə danışmamışam. Onsuz da çox yarış olduğu üçün icazə verməsələr, problem olmaz.

NASCAR-da bəlkə, Stewart-Haas ilə yarışaram. İlk mövsümümüzdə təklif etsələr də, oval trasları sevmədiyim üçün razı olmadım. İki normal yarış var. Uotkins Qlen və Sonoma. Buna görə orada yarışmaq çətin məsələdir. Komanda təklif etsə, qəbul edərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 138
Teqlər , , ,
Paylaş

logo