P.Zauber Serxionun çıxışını yüksək qiymətləndirib

Sauber komandasının başçısı Peter Zauber Avstraliya Qran Prisində komandanın debütantı Serxio Peresin çıxışını yüksək qiymətləndirib… Melburnda 21 yaşlı meksikalı sürücü […]

Sauber komandasının başçısı Peter Zauber Avstraliya Qran Prisində komandanın debütantı Serxio Peresin çıxışını yüksək qiymətləndirib…

Melburnda 21 yaşlı meksikalı sürücü 7-ci nəticə göstərməklə əla çıxış edib, amma yarışdan sonra komanda diskvalifikasiya olunub, çünki stüardlar Sauber C30 maşınının konstruksiyasında texniki reqlamentin pozulmasını müəyyən ediblər.

Peres yarışn bütün məsafəsində bir pit-stop edən yeganə sürücü olub və bütün mətbuatın marağına səbəb olub…

Peter Zauber: “Serxio məni təəccübləndirdi. Mənim ilk təəssüratım müsbət oldu, çünki keçən il biz onun çıxışlarını GP2-də izləyirdik və Peres özünü pis göstərməmişdi. Mövsümöncəsi testlərdə də biz onun işindən razı idik, amma bu yarışı o əla keçirdi – yumşaq təkərlərlə 35 dövrə! Bu inanılmazdır.”

Zauber etiraf edib ki, yarışdan əvvəl komanda bir pit-stoplu taktikanı nəzərdən keçirməyib: “Belə planımız yox idi. Biz hesab edirdik ki, iki və ya üç dəfə dayanmalı olacayıq və bunun üçün yaxşı məqam axtarırdıq. Amma Serxio hər dövrə sürətini artırırdı, qırxıncı dövrədə biz belə bir taktikanın mümkünlüyünü müzakirə etməyə başladıq, sonra mühəndis onunla radio ilə danışdı. Serxio təsdiq etdi ki, finişə qədər çata bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*