C.Elkan: Fettel səbir edə bilməzdi

Ferrari-nin prezidenti Con Elkan dördqat Dünya Çempionu Sebastyan Fettellə ayrılıq səbəbini açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar mövsüm başlamamış Fettellə müqaviləni uzatmayacaqlarını və növbəti mövsümdə onun əvəzinə Karlos Saynsla yarışacaqlarını bildirmişdilər.

Con Elkan: “Qalib gələn və Dünya Çempionu olmuş bir adamdan səbir etməsini istəmək çətindir. Son 10 ildə Alonso və Fettel kimi çempionlarımız oldu, amma daha əvvəl qalib gəlməmiş sürücülərdən səbir etməsini istəmək daha asandır.

Biz artıq gələcəyi düşünürük. Şarlla olan müqavilə bunu göstərir. Ferrari-nin tarixində heç vaxt bir sürücünün beşillik müqaviləsi olmayıb. Lekler və Saynsın Maranelloda evləri olacaq və mühəndislərlə tez-tez əlaqə saxlayacaqlar. Yeni maşın onların stilində yığılacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*