P.Maldonado: “Təsəvvür edə bilərsiniz ki, mən indi hansı hisslər keçirirəm”

Pastor Maldonado əla yarış keçirərək Williams komandası üçün 2004-cü ildən ilk qələbəsini qazandırıb – venesuelalı sürücü hamını trasda inamlı və […]

Pastor Maldonado əla yarış keçirərək Williams komandası üçün 2004-cü ildən ilk qələbəsini qazandırıb – venesuelalı sürücü hamını trasda inamlı və səhvsiz işi ilə heyrətləndirib…

Pastor Maldonado: “Əla gündür! Yalnız mənim üçün deyil, elə də bütün komandamız üçün. Biz keçən ildən gərgin işləyirdik, yarışdan yarışa inkişaf etməyə çalışırdıq – bu da nəticəsi. Dünən biz sıralanma turunda əla işlədik, bu gün isə yarışda uğur qazandıq.

Taktiki planda yarış çox çətin alındı, bir neçə dövrədən sonra arxa təkərlər yeyilməyə başlayır, amma mən çox şadam ki, bizim maşın elə ilk dövrədən rəqabətədavamlı idi.

Fernando Alonso daha yaxşı start aldı, amma mən onun tempində gedə biliridm, ondan çox geri qalmamağa çalışdım. Pit-stopdan sonra sürətimi daha da artırdım və üstünlük qazandım. Sonra Alonso mənə yaxınlaşdı, amma mən təkərlərimi qorumalı idim, ona görə də tam qüvvəmlə hücum edə bilmirdim. Alonso start-finiş düzlüyündə DRS-dən istifadə edirdi, ona görə də düzlüyün sonunda mənə maksimum yaxınlaşırdı. Maşın özünü əla apardı, pit-stopdakı kiçik vaxt itkisi isə son nəticəyə təsir etmədi.

Məncə, hər şey əladır! Bu, mənim ilk podiumumdur, ilk qələbəmdir, ona görə də təsəvvür edə bilərsiniz ki, mən indi hansı hisslər keçirirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*