25 Avqust 2019, Bazar - 23:04

K.Sayns: “Renault ilə daha güclü olacayıq”

K.Sayns: “Renault ilə daha güclü olacayıq”

Müəllif: Rauf Hacıyev, redaktor

19:16 - 22 Sentyabr, 2016

Karlos Sayns əmindir ki, Toro Rosso Renault mühərriyi ilə daha güclü olacaq…

F-1.az xatırladır ki, Toro Rosso Renault üçün çətin keçən 2015-ci il mövsümündən sonra 2016-cı ildə Ferrari mühərriyinə keçmişdi. Amma Renault 2016-cı ildə güclü inkişaf etdi və Toro Rosso 2017-ci il üçün yenidən Renault ilə müqavilə bağlayıb.

Sayns əmindir ki, Renault Toro Rosso-nu yenidən sürətləndirəcək: “Renault bu il mühərrik cəhətdən çox inkişaf edib. Xüsusən də aerodinamika cəhətdən inkişaf ediblər. Onlar ilk yarışdan etibarən inanılmaz dərəcədə inkişaf ediblər. Güc qurğuları artıq daha sürətlidir. Keçənilki vəziyyətlərinə baxsaq, heç kim bu yerdə olacaqlarını gözləməzdi. Bu bizə dərs oldu. Formula1-də inkişaf hər şeydir. Əgər yaxşı inkişaf etsəniz, yaxşı bir il keçirəcəksiniz. Gələn il Renault ilə işləyəcəyimiz üçün xoşbəxtəm. Əminəm ki, daha güclü bir mövsüm keçirdəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 417
Teqlər , ,
Paylaş

logo