D.Kvyat Red Bull-dan qovulub?

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Kvyat artıq Formula1-də Red Bull-un dəstəyi ilə yarışmayacaq.

F-1.az xatırladır ki, rusiyalı sürücü 2014-cü ildə Toro Rosso komandası ilə Formula1-də debüt etmiş və 2015-ci ildə Red Bull komandasına keçirilmişdi.

Amma 23 yaşlı sürücü 2016-cı ilin Rusiya yarışında etdiyi kobud səhvlərə görə yenidən Toro Rosso komandasına göndərilmiş və yerinə Maks Ferstappen gətirilmişdi.

Lakin Kvyat bu il pis performans göstərdiyi üçün Malayziya yarışından etibarən yerini Pyer Qasliyə verməli olmuşdu. Amerikada yenidən yarışmaq fürsəti tapan Kvyat xal alsa da, yerini qoruya bilməyib və Red Bull-dan birdəfəlik uzaqlaşdırılıb.

Helmut Marko: “Kvyat artıq qayıtmayacaq. Geri qayıdacağına inanmırıq. Toro Rosso mövsümü Qasli və Hartli cütü ilə bitirəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*