Pirelli yarışların iki pit-stoplu olmasını təmin edəcək

Pirelli şirkətinin mütəxəssisləri hesab edirlər ki, 2011-ci ildə onlar yarışları daha maraqlı edəcəklər, onların fikrincə, hər bir Qran Pridə sürücülər […]

Pirelli şirkətinin mütəxəssisləri hesab edirlər ki, 2011-ci ildə onlar yarışları daha maraqlı edəcəklər, onların fikrincə, hər bir Qran Pridə sürücülər iki pit-stop etməli olacaqlar. Pirelli çoxsaylı təklifləri nəzərə alaraq, böyük məsafələr qət etməyə imkan verən kəçənilki Bridgestone-a nisbətən yeyilməyə az müqavimətli təkər istehsalına kurs götürüb…

Pol Hembri: “Biz ümid edirik ki, hər bir yarış minimum iki pit-stopla keçəcək. Biz Qran Prilərin baxımlılığını artırmağa çalışırıq.

Yarışların daha maraqlı olması üçün öz töhvəmizi verəcəyik. Amma realist olmalıyıq, axı bu bizim Formula1-də ilk ilimizdir və bəzi traslarda test keçirmək mümkün deyil, məsələn, şəhər traslarında.

Amma biz təklif etdik ki, mövsümün gedişində yeni təkər tərkiblərini yoxlamaq imkanı olsun və FİA sözdə də olsa, hələlik vəd verdi ki, cümə günləri səhər sərbəst yürüşlərində belə testləri keçirmək olar.”

Bazar ertəsi və çərşənbə axşamı Pirelli Abu Dabi avtodromunda gecə testləri keçirəcək, proqramda yağış təkərlərin yoxlanması da nəzərdə tutulub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*