İtaliya mətbuatı S.Fetteli tənqid atəşinə tutub

Malayziya Qran Prisinin ilk döngəsində baş verən insidentdən sonra İtaliyanın KİV-i Ferrari-nin sürücüsü Sebastyan Fetteli sərt tənqid atəşinə tutub...

F-1.az xatırladır ki, Sepanq trasının ilk döngəsində daha uğurlu mövqe seçməyə çalışan dördqat dünya çempionu Niko Rosberqə çırpılaraq yarışı yarımçıq dayandırmalı olmuşdu.

Corriere dello Sport almaniyalı sürücünün səhv dalınca səhvə yol verdiyini qeyd edərək yazır ki, “tam ayındır ki, Ferrari-yə uğurlu sürücü lazımdır. Hər yarışın sonunda Fettel buraxdığı səhvlərə bəhanələr axtarır və vəziyyəti daha da pisləşdirir”.

La Repubblica isə tərəddüd içindədir: “Sebastyan artıq gülümsəmir. Ferrari-də ən bahalı sürücülər uğursuzluq zolağına düşürlər, yoxsa Fettel istedad və sürətini artıq itirib?”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*