Ə.Cordan: “Bizi kefdən məhrum etdilər…”

Jordan komandasının keçmiş sahibi, hazırda BBC-nin şərhçisi Əddi Cordan deyib ki, Mixael Şumaherin Formula1-ə qayıtması planlarından imtina etməsi xəbəri onu […]

Jordan komandasının keçmiş sahibi, hazırda BBC-nin şərhçisi Əddi Cordan deyib ki, Mixael Şumaherin Formula1-ə qayıtması planlarından imtina etməsi xəbəri onu məyus edib…

Əddi Cordan: “Biz Mixael Şumaherin gənc sürücülər nəsli ilə – Lyuis Həmilton və Sebastyan Fettellə mübarizəsini izləmək kefindən məhrum olduq. Mən bu Qran Prini gözləyirdim, hələ heç bir yarışı belə gözləməmişdim.

Amma hamı başa düşməlidir ki, müasir Formula1 maşınları sürücüdən istisna fiziki hazırlıq tələb edir. Biz bilirik ki, Mixael hazırlığa başlamışdı, testlər keçirdi, kartinq yarışında iştirak etdi və bütün bunlar göstərir ki, onun sürəti əvvəlki kimi var. Amma çox güman ki, dözümlülük qalmayıb…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*