F.Briatore idmana qayıdır?

Renault komandasının sabiq rəhbəri Flavio Briatore Formula1-in rəhbəri Stefano Domenikali ilə video yayımlayıb və idmana qayıdacağı ilə bağlı söz-söhbətlərə səbəb olub.

F-1.az bildirir ki, video İnstagram üzərindən paylaşılıb. Videoda Briatore ilə Domenikali bir otaqdadırlar və orada masada işləyən insanlar var. Əvvəl Domenikali danışır və bizi izləməyə davam edin deyir. Briatore isə gülə-gülə “yeni enerji, yeni güc, yeni həyəcan, Formula1” deyir.

Paylaşılan videonun izahatında isə bunlar yazılıb: “Formula1-də tamamilə yeni səhifə açacağıq. Bu idmana layiq olan həyəcanı, əyləncəni və şounu sizə gətirəcəyik. Bizi izləməyə davam edin”.

Hələki bu videonun mənası nədir bilinmir. Belə görünür ki, Briatore Formula1-in idarə heyətinə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*