26 Avqust 2019, Bazar ertəsi - 06:50

Williams maşınının leqallığı şübhə altındadır

Williams maşınının leqallığı şübhə altındadır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:29 - 19 Fevral, 2013

Bu gün Barselonada təqdim olunan yeni Williams FW35 maşını paddokda geniş müzakirəyə səbəb olub – mütəxəssislərin diqqətini qazburaxma sisteminin çıxışında […]

Bu gün Barselonada təqdim olunan yeni Williams FW35 maşını paddokda geniş müzakirəyə səbəb olub – mütəxəssislərin diqqətini qazburaxma sisteminin çıxışında tunelin yuxarı sərhədlərini bağlayan müstəvi cəlb edib, bununla borudan çıxan işlənmiş qaz axınının Koanda effekti sayəsində maşının diffuzoruna çatdırılması asanlaşdırılır.

Buna bənzər kiçik lövhədən Caterham komandası da istifadə edir və hələ Xeres testlərdinə digər komandaların nümayəndələri bu cür konstruksiyanın qeyri-leqallığını bildirmişdilər. Reqlamentə uyğun olaraq, qazburaxma sisteminin çıxışında heç bir boru, tunel, dəlik və bağlı kanal ola bilməz.

qazbur-3
Əslən hər iki maşında kanal yoxdur. CT03 maşınında qazburaxma sisteminin çıxışının sonunda kiçik bir lövhəcik yerləşdirilib, FW35-də mühəndislər daha ağıllı hərəkət ediblər – lövhəcik bütöv deyil, yəni sağ və sol tərəfdən bir-birinə bitişməyən iki lövhəcikdən istifadə olunub. Komandanın texniki direktoru Mayk Koflən Caterham-in lövhəciyini qeyri-leqal hesab edərək öz kəşfinin qanunauyğun olduğunu bəyan edib.

Rəqib komandalar da bu vəziyyəti diqqətlə izləyirlər, paddokda bəzi texniki mütəxəssislər FW35-i leqal saysalar da, CT03-ün birmənalı şəkilddə qeyri-leqal olmasını bildiriblər. Bu gün FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq də Barselonaya gəlib və hər iki maşını nəzərdən keçirib. Yəqin ki, gün ərzində məsələnin müzakirəsi davam edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 370
Teqlər , , , , , ,
Paylaş

logo