08 Dekabr 2019, Bazar - 20:08

Williams-dan maraqlı təkər diski

Williams-dan maraqlı təkər diski

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:24 - 24 Fevral, 2013

Barselona testləri başlayan gün Williams komandası yeni FW35 maşınını təqdim etmişdi, mütəxəssislər dərhal ön təkər disklərinin qeyri-adi konstruksiyasına diqqət etmişdilər. […]

Barselona testləri başlayan gün Williams komandası yeni FW35 maşınını təqdim etmişdi, mütəxəssislər dərhal ön təkər disklərinin qeyri-adi konstruksiyasına diqqət etmişdilər. Məlum olub ki, komandanın mühəndisləri ön təkərlərin ətrafında hava axınını ram edən maraqlı qərar tapıblar.

teker-2
Ümumən, bu sistem keçən il Kanada Qran Prisində Red Bull komandasının hazırladığı anoloji qərara bənzəyir. Təkər topundakı xüsusi kanallar vasitəsilə əyləc soyutma sisteminə daxil olan hava axını disklərin xaricinə çıxarılırdı. Bu sistem maşının ön hissəsindəki aerodinamik müqaviməti kəskin azaldır.

Amma Red Bull bu konstruksiyadan imtian etməli oldu, çünki FİA yeniliyi reqlamentə uyğun hesab etmədi. Hava axınının çıxdığı dəliklər təkərlə birlikdə fırlanırdı, ona görə də “hərəkətli aerodinamik elelemnt” adı altında qadağan olunurdu.

teker-3
Williams-ın konstruktorları bu problemi nəzərə alıblar və başqa plan reallaşdırıblar. FW35-də hava diskdən deyil, təkər topundakı tərpənməz xüsusi kanalla çıxarılır, daha sonra isə təbii yolla təkər diskinin dəliklərinə verilir. Beləliklə, havanı yönəldən bütün elementlər tərpənməzdirlər, amma eyni zamanda, Kanadada Red Bull maşınlarında alınan effekt əldə olunur.

teker-4
Düzdür, Williams mühəndisləri təkərin bərkidilməsi konstruksiyasını tam dəyişməli olublar ki, FİA-nın təhlüksəizlik tələblərinə əməl etsinlər – hətta təkər qaykası yaxşı bağlanmasa belə, təkər ox üzərində dayanmalıdır. Amma onlar bu vəzifənin öhdəsindən gələ biliblər.

teker-5
Buna görə mühəndislər bütün təkər linklərini yeniləyiblər. Stopor ştiftləri (başsız vintlər) birbaşa qaykaya montaj olunub və qaykaaçanın zərbəsi ilə bolkdan çıxır. Əlbəttə, yalnız buna görə xüsusi qaykaaçan hazırlanıb – təkərin qaykası fırlanmaqla deyil, xüsusi güc altında, zərblə açılır…

teker-6


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 507
Teqlər , , ,
Paylaş

logo