18 Avqust 2019, Bazar - 21:29

Pirelli təkərlərin rəngli markalanmasını seçib

Pirelli təkərlərin rəngli markalanmasını seçib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:43 - 19 Mart, 2011

Pirelli şirkəti 2011-ci il mövsümü üçün təkərlərin markalanmasını müəyyən edib. İstehsalçılar təkərin növü və tərkibini müəyyən etmək üçün altı rəngdən […]

Pirelli şirkəti 2011-ci il mövsümü üçün təkərlərin markalanmasını müəyyən edib. İstehsalçılar təkərin növü və tərkibini müəyyən etmək üçün altı rəngdən istifadə ediblər – bu yenilik testlərdə yoxlanılıb, heç də hamı əmin deyildi ki, böyük sürətlə hərəkət edən maşında təkərlərin rəngi seçiləcək.

Amma buna baxmayaraq, qərar qəbul olunub. Təkər növləri və tərkibləri təkərin yan hissəsində Pirelli loqotipinin və PZero yazısının rənginə görə fərqləndirilir. Qərara alınıb ki, yağış təkərləri narıncı, keçid (aralıq) təkərlər mavi, SuperSoft slikləri qırmızı, Soft slikləri sarı, Medium slikləri ağ, Hard slikləri isə gümüşü rənglərlə markalanacaq.

Pol Hembri: “Biz Formula1-ə iyirmiillik fasilədən sonra qayıtdığımız üçün bir az həyəcanlıyıq.

Təkərin rənglərlə markalanması simvolik formada ən yaxşı üsuldur, bunun sayəsində tribunada və televiziya ekranları qarşısında oturan azarkeşlər dərhal başa düşəcəklər ki, konkret maşında hansı təkərdən istifadə olunur.”

Pirelli-nin yağış təkərləri:

pirelli9

Pirelli-nin keçid (aralıq) təkərləri:

pirelli10

Pirelli-nin slik təkərləri:

pirelli11


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 313
Teqlər
Paylaş

logo