11 Dekabr 2018, Çərşənbə axşamı - 04:29

R.Qrojan: “Taktiki səhvlər etdik”

R.Qrojan: “Taktiki səhvlər etdik”

Müəllif: Rauf Hacıyev, redaktor

18:58 - 14 Aprel, 2018

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, sıralanma turunda daha yaxşı yer tutmaq şansını əldən verib.

F-1.az xatırladır ki, fransalı sürücü Çində sıralanma turunda 10-cu yeri tutub.

Roman Qrojan: “Səhər problemlərimiz var idi. Əyləclə bağlı problem yaşadıq və komanda bolidi düzəltmək üçün əla işlədi. Boliddə görüləsi çox iş var idi. Mühəndislərimiz bütün gecə yatmayaraq işlədilər. Hər şey əladır. Son sessiyaya qaldım və sevincli idim. Amma yerimiz yaxşı deyil. Son cəhdimdə istədiyim tempdə gedə bilmədim. Taktikada kiçik səhvlər etməsəydik, 8-ci ola bilərdik. Bunu təhlil etməliyik və səbəbini bilməliyik. Sabah birinci pit-stopa qədər olan vaxt yarış üçün vacib olacaq. UltraSoft təkərlərlə başlayacağıq. Arxadakı rəqiblərimiz isə Soft təkərlərlə başlayacaqlar. Ümid edirəm ki, onlarla mübarizə apara bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 186
Teqlər , , ,
Paylaş

logo